Bu mövsüm uğursuz çıxış edən "Real" yay transfer dönəminə hazırlaşır. Qaynarinfo Fanat.az-a istinadən xəbər verir ki, "Kral Klubu" yayda 3 ulduzu heyətinə qatmaq istəyir.
İddialara görə, "Real" rəhbərliyi Harri Keyn, Eden Hazard və David de Geanın transferi üçün 500 milyon funt-sterlinq (təxminən 1,2 milyard manat) ayrıb.
Belə ki, "Real" Keyn üçün "Tottenhem"ə, Hazar üçün "Çelsi"yə 200 milyon funt-sterlinq (təxminən 480 milyon manat), de Gea üçün "Mançester Yunayted"ə 100 milyon funt-sterlinq (təxminən 240 milyon manat) təklif edəcək.
Şərhlər