Dünya 18:28 02.12.2023

"Reuters": "ABŞ neft sanksiyalarına görə Liberiya, Marşal adaları və Panamaya təzyiq edir"

ABŞ, Avropa İttifaqı və Böyük Britaniya Liberiya, Marşal adaları və Panamaya öz bayraqları ilə üzən gəmilərə nəzarəti gücləndirmək üçün təzyiq edir.

Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters" mənbələrə istinadən məlumat yayıb.

Məktublarda Rusiya neftinin qiymətinin yuxarı həddinin aşılmasının qarşısının alınması, eləcə də Qərb sığortası və digər xidmətləri olmayan gəmilər üçün yüksək risk səviyyəsi iddia edilir. Agentlik qeyd edir ki, bu üç ölkə Rusiya sanksiyaları riskinə məruz qalmır.

"Reuters”in məlumatına görə, təzyiqin məqsədi Rusiya neftini daşıyan gəmilərin sayını azaltmaq deyil, qiymət tavanına əməl olunmasını sərtləşdirməkdir. 

G7 2022-ci ilin dekabrında Rusiya neftinin bir barelinin qiymətini 60 dollar səviyyəsində müəyyən edib. Mexanizm nəzərdə tutur ki, Qərb ölkələrindəki şirkətlərə bu göstəricidən yuxarı neft daşıyan gəmilərə daşıma və sığorta xidmətləri göstərmək qadağandır. Sentyabrda Rusiya Maliyyə Nazirliyinin məlumatına görə, "Urals" neftinin orta qiyməti bir barel üçün 83,08 dollara yüksəlib. Rusiya tərəfi Qərbin tətbiq etdiyi qiymət tavanının səmərəsiz olduğunu bəyan edib. "Reuters" agentliyinin məlumatına görə, noyabrda Baltik dənizi limanlarında Rusiya neftinin qiyməti barel üçün 60 dollardan aşağı qiymətə düşüb.

Aydın