Rusiya vətəndaşlarına İsrailin İran hədəflərinə mümkün zərbəsi ilə əlaqədar təhlükəsizlik tədbirlərinə riayət etmələri tövsiyə olunur.
Qaynarinfo xəbər verir ki, bu barədə Rusiyanın Tehrandakı səfirliyi çağırış edib.
"İran ətrafında vəziyyətin gərginləşməsi, İsrailin ölkənin hədəflərinə cavab zərbəsi endirməsi ilə əlaqədar Rusiya səfirliyi İrandakı Rusiya vətəndaşlarına təhlükəsizlik tədbirlərinə ciddi riayət etməyi tövsiyə edir”, - məlumatda deyilir.
Rusiya Federasiyasının vətəndaşlarına Rusiya səfirliyinin resursları haqqında məlumatı daim izləmət tövsiyə olunub.
Şərhlər