Xəbər lenti

Rusiya və Ermənistan XİN başçılarının sabah müzakirə edəcəyi məsələlər açıqlandı
Siyasət 20:12 20.01.2025

Rusiya və Ermənistan XİN başçılarının sabah müzakirə edəcəyi məsələlər açıqlandı

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada ermənistanlı həmkarı Ararat Mirzoyan ilə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasını müzakirə edəcək.


Bu barədə "Report" Rusiya Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.


"Nazirlər Azərbaycan və Ermənistan arasında balanslaşdırılmış normallaşmaya nail olmaq məqsədilə Cənubi Qafqazdakı vəziyyətə diqqət yetirəcəklər", - məlumatda deyilir.


İki ölkənin xarici siyasət idarələrinin rəhbərləri həmçinin Rusiya-Ermənistan münasibətləri, Avrasiya İqtisadi İttifaqı (Aİİ) daxilindəki əməkdaşlıq barədə fikir mübadiləsi aparacaqlar.


"Ümid edirik ki, qarşıdan gələn görüş konstruktiv şəkildə keçəcək, Cənubi Qafqazda təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsinə töhfə verəcək”, - məlumatda bildirilib.



Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->