Xəbər lenti

Dünya 15:05 26.10.2022

Rusiya və İran Ukraynaya qarşı müharibəyə keçmiş əfqan komandolarını cəlb edir - "Foreign Policy"

Rusiya Federasiyasının Ukraynada irimiqyaslı itkiləri ilə əlaqədar olaraq müharibəyə Kreml rejimi Taliban hakimiyyəti ələ keçirdikdən sonra ölkədən qaçan keçmiş əfqan komandolarını cəlb etmək qərarına gəlib.

Qaynarinfo xəbər verir ki, bu barədə "Foreign Policy" öz mənbələrinə istinadən yazır.

Məlumatlara görə, Moskva ümid edir ki, ABŞ tərəfindən təlim keçmiş yüngül piyada qoşunları döyüş meydanında vəziyyəti Rusiya işğalçı qüvvələrinin xeyrinə çevirməyə kömək edəcək. Söhbət ilk növbədə Əfqanıstan Milli Ordusunun "elitar” sayılan komando korpusunun zabitlərindən gedir.

ABŞ-ın Əfqanıstan təhlükəsizlik qüvvələrinin təliminə təxminən 90 milyard dollar xərcləməsinə baxmayaraq, onların döyüşçüləri 2021-ci ildə Taliban yaraqlılarının hücumu zamanı mövqelərini demək olar ki, döyüşmədən təslim etdilər və tez bir zamanda Pakistana qaçmağa çalışdılar. Bu baxımdan belə xüsusi təyinatlıların Ukrayna Silahlı Qüvvələrinə qarşı effektivliyi sual altındadır.

Bəzi keçmiş əfqan komandolarının bildirdiyi kimi, müharibəyə cəlb etmənin arxasında böyük ehtimalla "Vaqner” özəl hərbi şirkəti dayanır, onlar bunu "WhatsApp" və "Signal" vasitəsilə həyata keçirirlər.

Bundan əlavə, onlardan birinin sözlərinə görə, bu işdə İran hərbçiləri də iştirak edir və bu məqsədlər üçün Tehranda xüsusi büro var.
Eyni zamanda, həmsöhbət qeyd edir ki, keçmiş komandolar Rusiya Federasiyası uğrunda döyüşməyə həvəsli deyillər, lakin Əfqanıstanda hakimiyyəti Taliban tərəfindən ələ keçirdikdən sonra onlar kifayət qədər çətin vəziyyətə düşüblər.

"Yaxşı olardı ki, onlardan Qərb müttəfiqləri ukraynalılarla bərabər döyüşmək üçün istifadə etsinlər. Onlar ruslar üçün döyüşmək istəmirlər,  ruslar düşməndir. Amma daha nə edə bilərlər?”, deyə keçmiş zabit izah edir.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->