Rusiya Federasiyasının Xаrici İşlər Nаzirliyi TASS agentliyinin Diplomatik Strukturlarla Əlaqələr üzrə bölməsinin rəhbəri Səadət Qədirovanı mükafatlandırıb.
Bu barədə "Report”un Rusiya bürosuna S.Qədirovanın özü bildirib.
Səadət Qədirova "Xəyallar gerçəkləşir" layihəsi çərçivəsində "Jurnalistika və xeyriyyəçilik fəaliyyətləri"ni birləşdirdiyinə görə Rusiya Xаrici İşlər Nаzirliyinin "Xarici siyasətin önündə" nominasiyasının qalibi olub.
"Xəyallar gerçəkləşir" S.Qədirovanın "YouTube”dakı "Kadyrovaonline” kanalında müəllif layihəsidir.
Rusiyanın mətbuat gününə həsr edilmiş mükafatlandırma mərasimi "Four Seasons” mehmanxanasında Moskva Jurnalistləri İttifaqının qəbulunda olub. Mükafatı S.Qədirovaya Rusiya Federasiyası Xаrici İşlər Nаzirliyinin rəsmisi Mariya Zaxarova təqdim edib.
Qeyd edək ki, Qədirova Rusiya Federasiyasının Xаrici İşlər Nаzirliyindən mükafat alan birinci azərbaycanlı olub. O, həmçinin bu il TASS-ın nazirlik tərəfindən mükafatlandırılan yeganə jurnalistidir.
Şərhlər