Xəbər lenti

Rusiyada sərnişin təyyarəsi qəzaya uğradı: 49 nəfər öldü (VİDEO)
Video 11:38 24.07.2025

Rusiyada sərnişin təyyarəsi qəzaya uğradı: 49 nəfər öldü (VİDEO)

Rusiyanın Amur bölgəsində "An-24" sərnişin təyyarəsi qəzaya uğratıb.

Qaynarinfo xəbər verir ki, hadisə Amur vilayətinin Tında rayonunda baş verib. 

Təyyarə Xabarovsk-Blaqoveşensk-Tında marşrutu ilə hərəkət edib. "An-24"ün Tında hava limanından bir neçə kilometr məsafədə radardan itdiyi bildirilir.

Məlumata görə, "An-24" Tında aeroportuna eniş etməyə hazırlaşıb, lakin ilk cəhd alınmayıb. Təkrar eniş etmək üçün hündürlüyə qalxan təyyarə ilə az sonra əlaqə itib.

Təyyarədə 43 sərnişin (5-i uşaq) və 6 ekipaj üzvü olub. İlkin məlumata görə, təyyarənin bütün sərnişinləri və ekipaj üzvləri ölüb.

Qəzaya səbəb kimi zəif görmə şəraitində eniş zamanı ekipajın səhvi göstərilib.
--> -->