Dünya 12:11 23.09.2022

Rusiyada xidmətə yararsız olanlar da müharibəyə aparılacaq - Rəsmi

Hərbi biletində "B" kateqoriyası olan Rusiya Federasiyasının vətəndaşları qismən səfərbərliyə cəlb edilirlər, lakin onlar ən axırda çağırılacaqlar. 

Qaynarinfo IrCity-yə istinadla xəbər verir ki, bu barədə İrkutsk vilayətinin hərbi komissarı Yevgeni Fujenko keçirdiyi mətbuat konfransında bildirib.

Aydınlaşdırılır ki, "B” kateqoriyası məhdud yararlılardır, yəni səhhətinə görə orduda xidmət etməyənlərdir.

Hərbi komissarın sözlərinə görə, ilk növbədə birinci və ikinci kateqoriyaya uyğun gələn vətəndaşlar səfərbər olunur. Bunlar, məsələn, 35 yaşa qədər əsgərlər, matroslar, çavuşlar, gizirlər və miçmanlar, 50 yaşadək kiçik zabitlər, mayorlar, 55 yaşadək polkovnik-leytenantlar, 60 yaşa qədər polkovniklər, 65 yaşa qədər yüksək rütbəli zabitlərdir.

Xatırladaq ki, sentyabrın 21-də Rusiya Federasiyasının prezidenti qismən səfərbərlik haqqında fərman imzalayıb. Müdafiə naziri Sergey Şoyqunun dediyinə görə, 300 min nəfərin hərbi xidmətə çağırılması planlaşdırılır ki, bu da səfərbərlik ehtiyatının 1,1%-ni təşkil edir.
 
Alpər