Oktyabrın 4-nə keçən gecə Rusiyanın Perm vilayətində neft məhsullarının saxlanılması üçün özəl bazada yanğın baş verib - yanğın yanacaq çənlərini bürüyüb.
Qaynarinfo xəbər
verir ki, bu barədə Rusiya Federasiyasının Fövqəladə Hallar Komissiyası Telegram-da məlumat yayıb.
"Osentsi kəndinin sənaye zonasında 10 000 kvadratmetr sahədə neft məhsullarının saxlanması üçün xüsusi baza yanır”, - Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Yanğının səbəbi açıqlanmır.
Yanğının lokallaşdırıldığı və söndürülməsinin davam etdiyi bildirilir.
Ərazidə 60-dan çox mütəxəssis və 19 texnika işləyir.
Rusiya Fövqəladə Hallar Nazirliyi tələfatın olmadığını bildirir.
Qeyd edək ki, dünən oktyabrın 4-nə keçən gecə Voronej vilayətində pilotsuz təyyarə Anna şəhər tipli qəsəbədə yerləşən "Annanefteprodukt” MMC-nin neft bazasına hücum edib.
Alpər
Şərhlər