Dünya 16:48 11.07.2022

Rusiyaya və Çinə meydan oxuyan qadın nazir: Consonun yerinə o gələ bilər (VİDEO)

Boris Consonun istefasının ardınca Böyük Britaniyada yeni baş nazirin kim olacağı maraqla gözlənilir. Qeyd edək ki, o, 7 iyul tarixində istefa verdiyini açıqlamışdı. Yeni baş nazir seçilənə qədər Boris Conson partiya və hökumət başçısı kimi fəaliyyətini davam etdirəcək.

Boris Consonun yerini tuta biləcək şəxslərdən biri kimi Britaniya tarixinin ikinci qadın xarici işlər naziri olan 47 yaşlı Liz Trass göstərilir. 
Rusiya və Çinin yürütdüyü siyasət barədə söylədiyi kəskin fikirlərlə diqqət mərkəzində olan Liz Trass ən güclü namizədlərdən biri kimi göstərilir. 

Daha ətraflı məlumat hazırladığımız videomaterialda :