Oktyabrın 4-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir, gecə və səhər bəzi yerlərdə intensiv olacağı ehtimalı var.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Qaynarinfo"ya verilən məlumata görə, yağış axşama doğru tədricən kəsiləcək, mülayim şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 11-13°, gündüz 14-16° isti , Bakıda gecə 11-13°, gündüz 14-16° isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında da arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 7-12°, gündüz 14-17° isti, dağlarda gecə 2-5°, gündüz 5-9° isti olacağı gözlənilir.
Qaynarinfo.Az
Şərhlər