Xəbər lenti

İdman 09:41 25.10.2023

"Sabah" Sumqayıtda qonaq olacaq

Bu gün Azərbaycan Premyer Liqasında ikinci turdan təxirə salınmış oyun keçiriləcək.

Qaynarinfo-nun məlumatına görə, "Sumqayıt" doğma meydanda "Sabah"ı qəbul edəcək. "Kapital Bank Arena"da baş tutacaq qarşılaşma saat 18:30-da start götürəcək. Paytaxt klubu hazırda 10 xalla 8-ci, "gənclik şəhəri" təmsilçisi 11 xalla 7-ci pillədə qərarlaşıb.

Azərbaycan Premyer Liqası, ikinci tur

18:30. "Sumqayıt” – "Sabah”

Hakimlər: Rəşad Əhmədov, Cəmil Quliyev, Eyyub İbrahimov, Rövşən Rəcəbov.
VAR hakimlər: Tural Qurbanov, Elşad Abdullayev
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
"Kapital Bank Arena"
 
Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->