Xəbər lenti

Sabiq və hazırkı bələdiyyə sədrlərinə cinayət işi açıldı
Ölkə 09:51 11.05.2022

Sabiq və hazırkı bələdiyyə sədrlərinə cinayət işi açıldı

Neftçala rayonu, Xəzər bələdiyyəsinin vəzifəli şəxsləri tərəfindən müxtəlif dövrlərdə pul vəsaitlərinin mənimsənilməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılıb.

Neftçala rayon prokurorluğundan Qaynarinfo-ya verilən xəbərə görə, araşdırmalarla bələdiyyənin sabiq sədri Loğman Sultanovun 1823 manat məbləğində pul vəsaitini, hazırkı bələdiyyə sədri Fətulla Muradovun isə işlədiyi dövrdə 2196 manat məbləğində pul vəsaitini öz qulluq səlahiyyətlərindən istifadə etməklə etibar edilmiş bələdiyyə əmlakını mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Neftçala rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə) maddəsi ilə cinayət işi başlanmışdır.

Hazırda istintaq davam edir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->