XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Şakira Pikeyə uşaqlarını sevgilisi ilə görüşdürməyi qadağan edib
Maqazin12:57 14.08.2026

Şakira Pikeyə uşaqlarını sevgilisi ilə görüşdürməyi qadağan edib

Müğənni Şakira veteran futbolçu Cerard Pikenin sevgilisi Klara Çia ilə uşaqlarını tanış etməsinə icazə verməyib.

Qaynarinfo xəbər verir ki, bu barədə “The Express Tribune” məlumat yayıb.

Futbolçunun Şakira ilə bağladığı qəyyumluq razılaşmasına əsasən, Pikenin müğənniyə xəyanət etdiyi 27 yaşlı Klara Çianın onların ümumi uşaqları ilə eyni evdə qalmasına qadağa qoyulub.

Buna görə də oğlanlar atalarının yanına gələndə Klara Çia evi tərk etməli və valideynlərinin yanında qalmalı olur. Məlumata görə, Pikenin və Şakiranın oğulları futbolçunun yeni sevgilisi ilə ünsiyyət qurmaq istəmirlər.

Uşaqlar hazırda anaları ilə Mayamidə yaşayırlar.

Şakira və Pike 2010-cu ildə münasibətə başlayıblar. İki il sonra onların ilk övladı Milan, daha iki il sonra isə ikinci oğulları Saşa dünyaya gəlib. 2022-ci ilin yayında müğənni futbolçunun xəyanətləri səbəbindən ondan ayrılıb. Təxminən altı ay sonra Şakira keçmiş həyat yoldaşına və onun yeni sevgilisinə eyhamlar etdiyi mahnı yayımlayıb. İspan dilində səsləndirilən mahnıda futbolçunun yeni münasibətinə də istinadlar yer alıb. Hazırda sənətçi oğulları ilə Mayamidə yaşayır.

Pike “Barselona” klubunun yetirməsidir. Peşəkar karyerasına “Mançester Yunayted”də başlayan futbolçu daha sonra icarə əsasında “Real Saraqosa”da çıxış edib. 2008-ci ildə Kataloniya klubuna qayıdan Pike karyerasını 2022-ci ildə başa vurana qədər “Barselona”nın heyətində çıxış edib.

Aydın