Xəbər lenti

Səfərbərliyə cəlb olunan ruslara təlimat: “Bizdə yoxdur, özünüzə dərman, qadın bezi alın...” (VİDEO)
Video 17:02 27.09.2022

Səfərbərliyə cəlb olunan ruslara təlimat: “Bizdə yoxdur, özünüzə dərman, qadın bezi alın...” (VİDEO)

Sentyabr ayının 21-də Rusiya Prezidenti Vladimir Putin ölkədə qismən səfərbərlik elan edib. Putin telemüraciətində bildirib ki, Rusiya Federasiyasında səfərbərlik tədbirləri bu gün başlayacaq. Onun sözlərinə görə, ölkədə qismən səfərbərlik çərçivəsində çağırış yalnız ehtiyatda olan, ilk növbədə təcrübəsi olan vətəndaşlara şamil olunacaq. 

Rusiyada səfərbərlik elan edildikdən bir həftə keçməmiş həm qanunsuz çağırış, həm də ordunun maddi-texniki təminatının zəif olması ilə bağlı çoxlu sübutlar ortaya çıxıb. Səfərbərliyə cəlb olunanlar gileylənir ki, onların özləri yataq dəsti və dərman almağa məcburdurlar. Digərləri kazarmalarında çarpayıların olmadığını və insanların oturacaqlarda və ya birbaşa yerdə yatmalı olduqlarını videolar yayımlayır. Digərləri isə deyirlər ki, onlara paslı silahlar verilir, həm də heç bir hazırlıq olmadan cəbhəyə göndərilir.

Qaynarinfo Rusiya səfərbərliyinin acı həqiqətlərini və dəhşətlərini əks etdirən "Meduza” tərəfindən hazırlanan videoçarxı təqdim edir.
 
Nizami Bağırov

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->