Rusiyalı
siyasətçi, jurnalist, televiziya aparıcısı və ictimai xadim Maksim Şevçenko
YouTube-dakı səhifəsində Dağlıq Qarabağda döyüş əməliyyatlarına həsr olunmuş
növbəti videomüraciətini dərc edib.
Qaynarinfo
xəbər verir ki, müraciətin lap əvvəlində M.Şevçenko yenə də Ermənistan tərəfinin,
guya Azərbaycanın tərəfində vuruşan muzdlular haqqında yalan məlumatlarına
toxunub.
"Azərbaycan
gənclərinin böyük əksəriyyəti döyüşə can atır. Analar bu uşaqları azadlıq
müharibəsinə göndərirlər. Azərbaycanda görünməmiş vətənpərvərlik yüksəlişi hökm
sürür. Kimsə mənə heç olmasa bir səbəb göstərə bilərmi ki, Azərbaycanın ən
müasir silahlarla təchiz olunmuş Ordusuna həmin müxtəlif dərili yaraqlılardan
ibarət qruplaşmalar nə üçün lazımdır?"- deyə Maksim Şevçenko soruşub.
Rusiyalı
siyasətçi xaricdəki erməni diasporunun xadimlərini Qarabağda gedən müharibədə
birbaşa ittiham edib.
"Bu
insanlar hazırda Qarabağ dağlarında ölməli olan erməni uşaqlarının ətini və
qanını satırlar", - deyə M.Şevçenko bildirib.
O qeyd
edib ki, Azərbaycan Ordusu Şuşadan bir neçə kilometr aralıda dayanıb və onu
götürə bilər. Maksim Şevçenko bunun qaçılmaz bir proses olduğunu vurğulayıb.
Rusiyalı
siyasətçi bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın arxasında duran
qüvvələr məsələnin sülh yolu ilə həllində maraqlı deyillər.
M.Şevçenko
bir daha vurğulayıb ki, Azərbaycan Ordusu Şuşanı və Xankəndini götürə bilər,
amma bunu etmir.
"Yalnız
hərbi həll yolu qalarsa, bu, Rusiyanın maraqlarına dəhşətli zərbə olacaq. İslam
dünyası ilə, Türkiyə ilə, Qafqazla yaxşı münasibətlər saxlamaq Rusiyanın xeyrinədir.
Bu, Rusiyanı reallaşdırır. Bu, Rusiya üzərində hökmranlıq edən rusofoblu
transmilli elitaların hakimiyyətinə son qoymaq imkanıdır. Ona görə də mən Azərbaycanın
ərazi bütövlüyünün bərpa olunmasını dəstəkləyirəm. Bu gün Azərbaycan əsgəri həm
də erməni xalqı üçün, ermənilərin onları bu fəlakətə düçar etmiş qüvvələrdən
azad olması və Rusiya xalqlarının mənafeyi uğrunda mübarizə aparır ki, onlar,
onları Qərb elitalarına topdan və pərakəndə satanların girovuna çevrilməsinlər...
Biz əlbəttə
ki, sülh tərəfdarıyıq, amma bəzən sülh yalnız silah hesabına əldə edilir",
- deyə Maksim Şevçenko vurğulayıb.
Şərhlər