Xəbər lenti

Siyavuş Novruzov:
Siyasət 12:17 30.12.2023

Siyavuş Novruzov: "Maşın yuyan, təhsili olmayan adamları Azərbaycana qarşı danışdırırlar"

"AŞPA-da, Avropa parlamentində Azərbaycana qarşı mənəvi terror edirlər". 

Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib:

Deputat qeyd edib ki, Azərbaycanda maşın yuyan, təhsili olmayan adamları ölkəyə qarşı danışdırırlar:

"Bizim deputatlara orada hücum çəkirlər. Söyüş söyürlər, insanların ailəsini təhqir edirlər, Milli Məclisdə oturan bütün deputatları təhqir edirlər. Biz indi Avropa Şurasının "Terrorçuluğun qarşısının alınması haqqında" Konvensiyasına Əlavə Protokol"u təsdiq edirik, amma qarşılığında vəsatət qaldıraq ki, adekvat cavab versinlər. Milli Məclisdə oturan deputatlar, biz heç kimin daxili işlərinə qarışmırıq. Biz də tələb etməliyik ki, siz də bizim daxili işimizə qarışmayın. Bizə qarşı olan ədalətsiz hücumların qarşısı alınmalıdır".

Qafqaz Rafiqoğlu

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->