Dünya 17:40 17.04.2023

Slovakiya 13 ədəd MiQ-29 qırıcısının Ukraynaya təhvil verilməsini başa çatdırdı

Slovakiya Ukraynaya vəd etdiyi bütün MiQ-29 qırıcılarını təhvil verib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Aktuality” Slovakiyanın müdafiə naziri Yaroslav Nadja istinadən məlumat yayıb.

İlk dörd qırıcı bu ilin martında ukraynalı pilotlara təhvil verildikdən sonra qalan doqquz təyyarə də uğurla Ukrayna qüvvələrinə verilib.

"Bu köçürmə maksimum təhlükəsizlik nəzərə alınmaqla quru nəqliyyatı ilə həyata keçirilib, bir daha cəlb edilmiş bütün qüvvələrə böyük təşəkkür edirəm, çünki belə hallarda bu, həqiqətən vacib və mürəkkəb logistik əməliyyatdır", deyə Nadj vurğulayıb.

Mart ayında Slovakiya Silahlı Qüvvələri ilk dörd Sovet MiQ-29 qırıcısının Ukraynaya göndərilməsi prosesini əks etdirən video yayımlayıb.
Xatırladaq ki, martın 17-də Slovakiya hökuməti növbədənkənar onlayn iclasda 13 ədəd MiQ-29 qırıcısının Ukraynaya təhvil verilməsi barədə qərar qəbul edib.

Bratislava qərarını Polşa prezidenti Anjey Dudanın "yaxın günlərdə” Ukraynaya dörd MiQ-29-un təhvil verəcəyini elan etməsindən bir gün sonra açıqlayıb.

Nizami Bağırov