Ölkə 18:07 29.07.2022

Son sutkanın yoluxma statistikası

Azərbaycanda koronavirusa 373 yeni yoluxma qeydə alınıb, 321 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Qaynarinfo-ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Məlumata görə, sutka ərzində koronavirusdan 2 nəfər vəfat edib.

Ölkədə indiyədək 798 011 nəfər koronavirusa yoluxub. Onlardan 786 056 nəfər müalicə olunaraq sağalıb, 9 746 nəfər vəfat edib, aktiv xəstə sayı 2 209 nəfərdir.

Ölkədə son sutka ərzində 2 847, hazırkı dövrədək isə 7 039 346 test aparılıb.

Ötən sutkada koronavirus əleyhinə 1971 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 350, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 139, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 1 267, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 215 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 814 329, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 366 223, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 857 606, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 336 413, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 254 087 nəfər təşkil edir.