Ölkə 18:43 16.02.2023

Son sutkanın yoluxma statistikası açıqlandı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 17 yeni yoluxma faktı qeydə alınıb, 33 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qaynarinfo-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 2 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 828 292 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 818 071 nəfər müalicə olunaraq sağalıb, 10 101 nəfər vəfat edib, aktiv xəstə sayı 120 nəfərdir.

Ölkədə son sutka ərzində 1 480, hazırkı dövrədək isə 7 510 900 test aparılıb.

Gün ərzində koronavirus əleyhinə 243 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 72, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 64, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 95, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 12 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 946 418 birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 403 446, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 878 237, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 399 280, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 265 455 nəfər təşkil edir.