Xəbər lenti

Dünya 13:40 22.12.2023

SpaceX öz meqaraketinin mühərriklərinin yanğın sınağını nümayiş etdirdi (VİDEO)

SpaceX dünyanın ən böyük raketi Starship-in üçüncü buraxılışına hazırlaşmağa davam edir . 

Qaynarinfo xəbər verir ki, bir gün əvvəl mühərriklərin statik yanğın sınağı aparılıb.

Kosmik şirkət Cənubi Texasdakı buraxılış obyektində yeni Starship prototipini sınaqdan keçirib.

"Üçüncü uçuşu üçün Starship gəmisi altı Raptor mühərrikinin hamısı ilə tam müddətli statik yanğın sınağını tamamladı", - SpaceX hadisənin iki fərqli bucaqdan çəkilmiş videosunu qeyd edərək yayımlayıb.

Starship indi üçüncü sınaq uçuşuna hazırlaşır. Şirkətin qurucusu və baş direktoru İlon Mask bildirib ki, bu, yaxın həftələrdə baş verə bilər. Bununla belə, bunun üçün şirkət hələ də noyabrın 18-də sonuncu buraxılış zamanı baş vermiş qəzanı araşdıran ABŞ Federal Aviasiya Administrasiyasından (FAA) icazə almalıdır. Sonra Super Heavy sisteminin birinci mərhələsi Yerə qayıdarkən partlayıb.

Bildiyiniz kimi, Mask insanları Aya, Marsa və kainatın digər guşələrinə göndərmək üçün bu ən böyük və ən güclü təkrar istifadə edilə bilən raketdən istifadəni planlaşdırır.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->