Xəbər lenti

İdman 22:48 19.02.2025

"Sumqayıt" özbəkistanlı futbolçunun transferini açıqladı

"Sumqayıt” yeni transferini açıqlayıb.


Klubdan  verilən məlumata görə, "gənclik şəhəri" təmsilçisi Özbəkistanın "Nasaf” klubunda çıxış etmiş Bobur Abdikholikov ilə 1 il uzatmaq şərti ilə mövsümün sonuna qədər sözləşmə imzalayıb.


27 yaşlı hücumçu klubda 9 nömrəli formada çıxış edəcək.


Qeyd edək ki, Bobur Abdikholikov karyerası ərzində Özbəkistanın "Nasaf”, Ukraynanın "Rux” (Lvov), Belarusun "Energetik” (Minsk) və Qazaxıstanın "Ordabası” klublarının şərəfini qoruyub.


Özbəkistan millisinin futbolçusu adıçəkilən ölkənin U-19, U-22 və U-23 millilərində də çıxış edib.



Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->