"Sumqayıt” Futbol Klubunda prezident Riad Rəfiyevin iştirakı ilə Müşahidə Şurasının növbəti iclası keçirilib.
Qaynarinfo klubun saytına istinadən verdiyi məlumata görə, iclasda əsas məsələ komandanın baş məşqçisinin müəyyənləşdirilməsi olub. Şura üzvləri Nazim Süleymanovun namizədliyini müsbət qarşılayıblar
Beləliklə, adıçəkilən mütəxəssis qarşıdakı iki mövsümdə "Sumqayıt” FK-nın baş məşqçisi vəzifəsini yerinə yetirəcək.
Şərhlər