Xəbər lenti

Ronaldo gələcəyi haqda danışdı:
İdman 15:24 01.10.2024

Ronaldo gələcəyi haqda danışdı: "Çox vaxtım qalmayıb"

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldo etiraf edib ki, onun üçün indi qazanılan mükafatlar futbolda ən vacib şey deyil. 

Qaynarinfo xəvər verir ki, onun sözlərini insayder Fabrizio Romano X sosial şəbəkəsindəki səhifəsində dərc edib.

"Hazırda sadəcə futbol oynamaqdan həzz alıram. Bilirəm ki, meydanda çox vaxtım qalmayıb. Ən yaxşı oyunçu olmağın və ya mükafat qazanmağın arxasınca qaçmıraç. İndi mənim üçün əylənmək və komandama kömək etmək vacibdir", deyə Ronaldo bildirib.

Sentyabrın 29-da məlum olub ki, Ronaldo 2026-cı ildə ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatına qədər əlavə oyun praktikası əldə etmək üçün "Əl-Nəsr"lə 2025-ci ildə başa çatacaq hazırkı müqaviləni yenidən imzalamağa hazırdır. 2 yanvar 2023-cü ildə Ronaldo ildə 200 milyon avro aldığı müqavilə qarşılığında Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubuna keçib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->