Xəbər lenti

Ukrayna üçün sursat istehsalı Baydenin şəhərinin iqtisadiyyatını xilas edir - WP
Dünya 13:45 01.10.2024

Ukrayna üçün sursat istehsalı Baydenin şəhərinin iqtisadiyyatını xilas edir - WP

Sursatları Ukraynaya tədarük edilən Co Baydenin doğulduğu Pensilvaniya ştatının Skranton şəhərindəki sursat zavodu vətəndaşları işlə təmin edir və regionun inkişafına töhfə verir. 

Qaynarinfo xəbər verir ki, bu barədə bazar ertəsi "Washington Post” qəzeti yazır.

Rusiyanın tammiqyaslı işğalı başlayandan bəri ABŞ hökuməti Ukraynaya yardım üçün təxminən 175 milyard dollar ayırıb. Lakin bu pulun əhəmiyyətli hissəsi ABŞ-da qalır və və 155 mm-lik artilleriya mərmiləri istehsal edən Skranton sursat zavodu, zirehli personal daşıyıcıları istehsal edən Alabama zavodu və artilleriya raket sistemləri yaradan Texas zavodu kimi istehsal müəssisələrini sifarişlərlə dəstəkləyir.

Ümumilikdə müharibə başlayandan bəri, 116 yaşı olan "General Dynamics”in Skranton zavodu 200-dən çox yeni iş yeri əlavə edib. Sursat istehsalı iki dəfədən çox artıb. "General Dynamics”in regionda olan müəssisələri ABŞ-ın Ukraynaya tədarük etdiyi 155 mm-lik mərmilərin üçdə birindən çoxunu istehsal edir. Yaxınlıqda Karbondeyldəki "Gentex” hərbi zavodunda son bir ildə işçilərin sayı 10% artıb. Yeni iş yerləri regionun iqtisadi tənəzzülü ilə mübarizə aparmağa kömək edir.

Skranton zavodunda istehsal olunan sursatlar Ayovaya daşınır, orada onlar partlayıcı maddələr və qoruyucularla təchiz edilir və daha sonra Ukraynaya və ya ABŞ-ın NATO müttəfiqlərinə göndərilməyə hazır olur.

Prezident Co Bayden daha əvvəl vurğulayıb ki, Ukraynanın müdafiəsinə ayrılan xərclər ABŞ-ın həm təhlükəsizlik, həm də iqtisadi maraqlarına uyğundur.

WP yazır ki, müdafiə istehsalı nəsillər boyu Skranton iqtisadiyyatının mühüm hissəsi olub. Sursat zavodu 1908-ci ildə başlayan qatar tikintisi və texniki xidmət biznesindən yaranıb və o zamanlar 100.000-dən çox insanın yaşadığı şəhərin ən böyük işəgötürənlərindən birinə çevrilib. Müəssisə 1953-cü ildə zavoda çevrilib və ABŞ Silahlı Qüvvələri onun modernləşdirilməsinə təxminən 420 milyon dollar sərmayə qoyub.

"10 yaşına qədər Skrantonda yaşayan Bayden üçün silah istehsalı həm Ukrayna üçün bir nemət, həm də uzun müddət davam edən iqtisadi tənəzzülün müalicəsidir”, - məqalədə deyilir.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->