Xəbər lenti

Sumqayıtda BMW sərnişin avtobusuna çırpıldı, yaralılar var
Foto 11:05 04.01.2025

Sumqayıtda BMW sərnişin avtobusuna çırpıldı, yaralılar var

Sumqayıtda beş nəqliyyat vasitəsinin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Qaynarinfo "Unikal"a istinadən xəbər verir ki, səhər saat 7 radələrində BMW markalı avtomobil işıqforun qırmızı işığında sürətlə keçərək sərnişin avtobusuna və digər avtomobillərə çırpılıb. Nəticədə avtobus aşıb.

Xeyli sayda yaralı olduğu bildirilir. Yaralılar təcili yardım maşınları ilə xəstəxanaya aparılıblar.
--> -->