Amerikan iş mədəniyyətində son günlərdə ən cəlbedici hekayə süni intellektin işinizi əlinizdən alacağı deyil, sizi işdən xilas edəcəyi fikridir. Son üç il ərzində sektor milyonlarla narahat insana məhz bunu satır. Bəzi ağ yaxalı işlər aradan qalxacaq. Amma digər çoxlu rol üçün arqument belədir: Süni intellekt çarpan effekti yaradır. Siz daha səriştəli, daha vazkeçilməz bir hüquqşünas, məsləhətçi, yazıçı, proqramçı və ya maliyyə analisti olursunuz. Alətlər sizin üçün işləyir, siz daha az yorulursunuz və hamı qazanır.
Qaynarinfo xəbər verir ki, amma "Harvard Business Review"da yayımlanan yeni bir araşdırma bu fərziyyənin real həyatda haraya aparacağını araşdırır. Qarşıya çıxan tablo isə səmərəlilik inqilabından çox, şirkətlərin tükənmişlik fabrikinə çevrilmə riski daşıyır.
Süni intellekt qəbul olunanda iş niyə bitmir?
Tədqiqatçıların "davam edən iş” adlandırdığı prosesdə, Kaliforniya Universiteti, Berkeleydən bir qrup səkkiz ay ərzində 200 nəfərlik texnologiya şirkətində müşahidələr aparıb. Məqsəd, işçilərin süni intellekti həqiqətən mənimsədikdə nə baş verdiyini görmək idi.
40-dan çox dərindən müsahibənin ortaq nəticəsi diqqətçəkicidir. Şirkətdə heç kim yeni hədəflərə məcbur edilmirdi. Heç kəsə təzyiq göstərilmirdi. Amma alətlər daha çoxunu mümkün etdikcə, insanlar öz-özünə daha çox iş görməyə başladı. Görünən işlərin sayı artıb. Nəticədə iş nahar fasilələrinə və gec saatlara sızıb. Süni intellektin yaratdığı hər boşluq "ediləcək işlər” siyahısı ilə dolduruldu və siyahı genişlənməyə davam edib.
Bir mühəndisin sözləri vəziyyəti belə xülasə edir: "Daha məhsuldar olacağını və vaxt qazandığını, daha az işləyəcəyini düşünürsən. Amma əslində daha az işləmir, eyni miqdarda, bəzən isə daha çox işləyirsən".
Gözləntilər artır, qazanc məhdud qalır
Texnologiya forumu "Hacker News"də bir istifadəçinin şərhi də oxşar hissləri əks etdirir: "Bunu canlı yaşayıram. Komandamız hər şeyi süni intellekt vasitəsilə görmə modelinə keçəndən bəri gözləntilər üç qat artdı, stress də üç qat artdı. Həqiqi məhsuldarlıq artımı isə bəlkə 10 faizdir. İdarəetmə AI yatırımlarının qarşılığını görmək üçün ciddi təzyiq göstərir kimi hiss edirik və bunu sübut etmək üçün daha uzun saatlar işləyirik".
Bu tablo həm düşündürücüdür, həm də narahatlıq yaradır. Süni intellekt və iş əlaqəsi müzakirələri adətən bir sualla məhdudlaşır: Qazanc realdırmı? Amma çox az adam belə bir sual verib: Əgər bu həqiqətdirsə, nə olar?
Tədqiqatçıların tapıntıları tamamilə yeni deyil. Keçən yay aparılmış ayrı bir təcrübə göstərmişdi ki, təcrübəli proqramçılar süni intellekt alətləri ilə tapşırıqları 19% daha uzun müddətdə tamamlayır, amma özlərini 20% daha sürətli sanırdılar. Eyni dövrdə "National Bureau of Economic Research" tərəfindən aparılmış və minlərlə iş yerində AI istifadəsini izləyən bir araşdırma, məhsuldarlıq artımının zaman qənaəti olaraq yalnız 3% səviyyəsində qaldığını, qazanc və iş saatlarına əhəmiyyətli təsirinin olmadığını ortaya qoymuşdu. Hər iki iş də sərt tənqid olunmuşdu.
Bu son araşdırmanı görməzdən gəlmək daha çətin ola bilər. Çünki işçilərin edə bildiklərini artırma fikrinə qarşı çıxmır. Əksinə, bunu təsdiqləyir və bütün bu artımın sonunda haraya gəldiyinizi göstərir. Tədqiqatçılara görə nəticə belədir: "Xüsusilə sürət və cavab vermə gözləntiləri yüksəldikcə, yorğunluq, tükənmişlik və işdən kopmanın getdikcə çətinləşməsi".
Sektor insanların daha çox iş görməsinə kömək etməyin hər şeyin həlli olacağına əmindir. Lakin bu yanaşma tamamilə yeni bir problemin başlanğıcı ola bilər.
Tədqiqatın tam mətni ilə
buradan tanış olmaq mümkündür.
Aydın
Şərhlər