Futtennis üzrə Azərbaycan Super Liqasına start verilib.
Qaynarinfo xəbər verir ki, "Marafon" İdman Klubunda keçirilən ilk turun qarşılaşmalarında təcrübəli mütəxəssis Nadir Qasımovun rəhbərlik etdiyi "Şuşa" və "Neftçi" İK inamlı qələbə qazanıb. "Yasamal" və NUR komandaları arasında baş tutan görüşdə qalib yalnız üçüncü hissədə məlum olub.
Çempionatın ilk turunda qələbə qazanan daha bir klub isə "Yeni Günəşli"dir.
Super Liqa
14 dekabr
I tur
Şuşa - Zirvə 2:0
Xəmsəfan (Gəncə) - Neftçi İK 0:2
Yasamal - NUR 2:1
Yeni Günəşli - Xilə 2:0
Şərhlər