Təhsil Nazirliyinin Apellyasiya Şurasının yeni tərkibi təsdiq edilib.
	
Qaynarinfo xəbər verir ki, bununla bağlı Təhsil naziri Ceyhun Bayramov müvafiq əmr imzalayıb.
	
Nazirliyin Apellyasiya Şurası aşağıdakı tərkibdə təsdiq edilib:
	
Apellyasiya Şurasının sədri Təhsil nazirinin müavini Firudin Qurbanovdur. 
	
Apellyasiya Şurasının üzvləri:
	
 
Muxtar Məmmədov - Aparat rəhbəri;
	
Fərzəli Qədirov - Aparat rəhbərinin müavini;
	
Anar Cəfərov - Nazirin müşaviri, Hüquq şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən;
	
Eşqi Bağırov - İnsan resursları şöbəsinin müdiri;
	
Amil Əlili - Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini;
	
Bəhruz Müslümov - Audit şöbəsinin Əmlakın monitorinqi sektorunun müdiri.
             
            
Şərhlər