Ölkə 14:18 28.02.2024

Təranə Səmədova yenidən hakim qarşısına çıxarılır

Tanınmış prodüser Təranə Səmədova və onunla birgə məhkum edilmiş Rasim Həsənov hökmdən narazıdırlar.

Qaynarinfo-nun Qafqazinfo-ya istinadən məlumatına görə, müttəhimlərin vəkilləri müvəkkilləri haqda ittihamedici hökmdən apellyasiya şikayəti veriblər.

Şikayət ərizəsində xanım prodüser və tanışının özlərini təqsirsiz hesab etdikləri qeyd edilərək, bəraət qərarı çıxarılması xahiş edilib. Şikayətlərə Bakı Apellyasiya Məhkəməsində baxılır.
Xatırladaq ki, Təranə Səmədova və Rasim Həsənov ötən ilin fevralında həbs olunub. Onlar birgə hədə-qorxu ilə tələb etməkdə ittiham ediliblər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə T.Səmədova 6 il, R.Həsənov isə 7 il müddətə azadlıqdan məhrum edilib.