Tərlan Əhmədov AZAL futbol klubunun baş məşqçisi təyin olunub.
Mənbələrdən Trend-ə verilən məlumata görə, klub rəhbərliyi T.Əhmədovun baş məşqçi olmasına razılıq verib və artıq onun komandanı ilk məşqə çıxaracağı gözlənilir.
Klubun mətbuat xidmətindən Trend-ə məlumatı təsdiqləyiblər və artıq T.Əhmədovla müqavilə imzalandığını bildiriblər.
Qeyd edək ki, martın 15-də AZAL-ın baş məşqçisi Vaqif Sadıqov vəzifəsindən istefa verib. Buna səbəb kimi klubun son vaxtlar Premyer Liqada uğursuz çıxışı etməsi göstərilir.
Qaynar.info
Şərhlər