Ölkə 17:27 24.12.2023

Tərtərdə güclü külək bir sıra fəsadlar törədib (FOTOLAR)

Ötən gecə axşam saatlarında əsən güclü külək Tərtər şəhərində bir sıra fəsadlar törədib.

Qaynarinfo "Report"a istinadən xəbər verir ki, külək nəticəsində şəhərin Vasif Hüseynov küçəsindəki 36 mənzilli, Nizami küçəsindəki 60 mənzilli və 16 mənzilli binaların dam örtüyü uçub.

Külək habelə şəhər mərkəzi də daxil olmaqla, rayonun bir çox ərazilərində iri gövdəli ağacları aşırıb, elektrik təsərrüfatına da ziyan vurub.
Hazırda təbii hadisə nəticəsində dəymiş ziyanın aradan qaldırılması üçün tədbirlər görülür.