Xəbər lenti

Tikintiylə bağlı Qanun təsdiqləndi: Bu şəxslər 25 min manatadək cərimələnəcək
Ekonomiks 13:06 30.05.2023

Tikintiylə bağlı Qanun təsdiqləndi: Bu şəxslər 25 min manatadək cərimələnəcək

Özbaşına tikinti işlərinin aparılmasına görə cərimələr artırılır.

Qaynarinfo xəbər verir ki, bu, bu gün Milli Məclisin iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.

İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni – 395.1-2-ci maddəyə əsasən, barəsində məlumatlandırma icraatı tətbiq edilən, lakin tikinti işlərinin başlanmasına Şəhərsalma və Tikinti Məcəlləsinin məlumatlandırma icraatı olmadan tikinti obyektlərinin tikintisinə görə fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar 300 manatdan 500 manatadək məbləğdə, vəzifəli şəxslər 1500 manatdan 2500 manatadək məbləğdə, hüquqi şəxslər 15 min manatdan 25 min manatadək məbləğdə cərimə ediləcək. Nəzərdə tutulmuş inzibati xətaya görə inzibati məsuliyyət bu maddə qüvvəyə mindikdən sonra tikintisinə başlanmış tikinti obyektlərinə münasibətdə yaranacaq.

Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Qafqaz Rafiqoğlu

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->