Bu gün Azərbaycan Premyer Liqasında XIII tura start veriləcək.
Qaynarinfo xəbər verir ki, turun ilk oyun günündə iki qarşılaşma baş tutacaq.
"Kəpəz” Yevlax şəhər stadionunda "Zirə” ilə qarşılaşacaq. Görüş saat 14:00-da başlayacaq.
Günün son matçı Tovuz şəhər stadionunda keçiriləcək. "Turan Tovuz” doğma meydanda "Neftçi” ilə görüşəcək. Matçın start fiti saat 18:30-da veriləcək.
Azəbaycan Premyer Liqası
28 noyabr
Ətraflı
14:00. "Kəpəz” – "Zirə”
Hakim: Rəşad Əhmədov
Yevlax şəhər stadionu
18:30. "Turan Tovuz” – "Neftçi”
Hakim: Fərid Hacıyev
Tovuz şəhər stadionu.
Şərhlər