Xəbər lenti

Hakimləri təhqir edən futbolçular, məşqçilər və klub rəsmisi cəzalandırıldı
İdman14:16 27.11.2025

Hakimləri təhqir edən futbolçular, məşqçilər və klub rəsmisi cəzalandırıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
AFFA hakimləri təhqir edən futbolçuları, məşqçiləri və bir klub rəsmisini cəzalandırıb.
Qaynarinfo xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
AFFA Region Liqasında hakimləri təhqir edən "Real”ın rəsmisi Nahid Səmədov və "Şirvanovka”nın futbolçusu Loğman Camirzəyevi 4, "Naxçıvan”ın oyunçusu Əbdül Əbdülovu isə 5 oyunluq diskvalifikasiya edib.
Qurum U-13 Liqasında iki məşqçini də eyni səbəbdən cəzalandırıb. İCBFA komandasının baş məşqçisi Zahid Məmmədov və "Hacıqabul”un məşqçisi Xudat İsrafilov 4 oyunluq diskvalifikasiya olunub.