Xəbər lenti

Türk əsgərini qətlə yetirənlər 30 il sonra ələ keçdilər
Dünya 19:38 04.07.2020

Türk əsgərini qətlə yetirənlər 30 il sonra ələ keçdilər

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsində keçirdiyi əməliyyat nəticəsində 1990-cı ildə türkiyəli hərbçi Zəfər Tokanı qələ yetirmiş şəxslər ələ keçirilib.

Modern.az-ın məlumatına görə, əməliyyat zamanı 3 nəfər, Saleh Osman, Həsən Abdulla və Məhəmməd Məhəmməd adlı şəxslər saxlanılıb.

Həmin şəxslər 30 il əvvəl qaçaqmalçılıqla məşğul olarkən onların qarşısını almağa çalışan Z.Tokanı qətlə yetirdiklərini etiraf edib.

Hadisə ilə bağlı araşdırmalar davam edir.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->