Futbol üzrə Türkiyə millisində baş məşqçi Şenol Günəşin köməkçisi vəzifəsini icra edən Tayfur Havutçu tutduğu postdan istefa verib.
Qaynarinfo xəbər verir ki, bu barədə Havutçu NTV-yə açıqlamasında deyib.
O, istefa qərarını belə izah edib: "Baş məşqçimiz Şenol Günəşə təşəkkür edirəm. Mənə olan güvənini ortaya qoydu və mənimlə davam etmək istədi. Ancaq mən, ailəvi problemlərdən irəli gələrək belə bir qərar aldım”. (Azvision.az)
Şərhlər