Xəbər lenti

Üç rayonda əməliyyat keçirildi, rəislər saxlanıldı (YENİLƏNİB)
Ölkə 16:53 04.07.2023

Üç rayonda əməliyyat keçirildi, rəislər saxlanıldı (YENİLƏNİB)

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın və Cəlilabad şöbəsində əməliyyat keçirilib.

Baş Prokurorluğun Mətbuat xidməti Qaynarinfo-ya faktı təsdiqləyib.

16.00
 
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon Şöbəsində əməliyyat tədbiri keçirib.

Qaynarinfo xəbər verir ki, əməliyyat zamanı şöbə rəisi Rahim Ağayev də saxlanılıb.

Baş Prokurorluğun Mətbuat xidməti faktı təsdiqləyib.

"Ətraflı məlumat veriləcək", - qurumdan bildirilib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->