Ukrayna hökumətinin bazar ertəsi, sentyabrın 18-də vəzifəsindən azad etdiyi Ukrayna müdafiə nazirinin bütün müavinləri könüllü olaraq istefa ərizələri yazıblar.
Qaynarinfo xəbər verir ki, bu barədə "Ukrainskaya pravda” hökumətin yüksək rütbəli mənbələrinə istinadən məlumat
yayıb.
Mənbələrin bildirdiyinə görə, nazir müavinləri Ukraynanın müdafiə naziri Rustem Umerovun müraciətindən sonra könüllü olaraq istefa ərizələri yazıb və bu vəzifələrə qayıtmayacaqlar.
Hazırda müdafiə nazirinin müavini vəzifəsinə namizədlərlə bağlı məsləhətləşmələr davam edir.
Müdafiə Nazirliyinə yaxın mənbə bildirib ki, "tam yeniləmə gedir”.
Bazar ertəsi, sentyabrın 18-də hökumət Ukrayna müdafiə nazirinin bütün müavinlərini - Vitali Deyneqa, Anna Malyar, Vladimir Qavrilov, Rostislav Zamlinski, Denis Şarapov və Andrey Şevçenkonu istefaya göndərib.
Həmçinin, Konstantin Vaşçenko Ukrayna Müdafiə Nazirliyinin dövlət katibi vəzifəsindən azad edilib.
Xatırladaq ki, sentyabrın 6-da Ukrayna Ali Radası Rüstəm Umerovu müdafiə naziri təyin edib. Bir gün əvvəl parlament 2021-ci ilin noyabrından nazirliyə rəhbərlik etmiş Aleksey Reznikovu bu vəzifədən azad edib.
Nizami Bağırov
Şərhlər