Ukraynanın təhlükəsizlik rəsmisi bir gecədə Rusiyanın paytaxtı Moskva və Krıma endirilən pilotsuz təyyarə zərbələrinə görə məsuliyyəti Kiyevin üzərinə götürüb.
Qaynarinfo xəbər verir ki, bu barədə CNN-in məlumatında
deyilir.
"Dünən gecə pilotsuz təyyarələr orkların paytaxtına və Krıma hücum edib. Elektron müharibə və hava hücumundan müdafiə vasitələri işğalçıların səmasını qorumaq qabiliyyətini getdikcə azaldır”, - deyə Ukraynanın rəqəmsal transformasiya naziri Mixaylo Fyodorov bazar ertəsi Telegram-dakı yazısında bildirib.
"Olanların daha çoxu olacaq", o, qeyd edib.
Fyodorovun nazirliyi Ukraynanın "Dronlar Ordusu” təşəbbüsünə, hökumətin pilotsuz təyyarələrin alınması planına cavabdehdir.
Ukrayna demək olar ki, heç vaxt Rusiya torpaqlarında və ya Rusiya tərəfindən işğal olunmuş ərazilərdə müharibə zamanı baş verən hücumlara görə məsuliyyəti öz üzərinə götürməsə də, bu yaxınlarda - oktyabrda Krım körpüsünün partladılmasında rolunu etiraf edib.
Nə olub? Rusiya Müdafiə Nazirliyi Ukraynanın 2014-cü ildə qanunsuz olaraq Rusiya qüvvələri tərəfindən ilhaq edilmiş yarımadaya endirdiyi zərbələri "terror hücumu” adlandıraraq bazar ertəsi gecədən Krıma doğru 17 pilotsuz PUA ilə hücum olunduğunu bildirib.
Krımda Ukrayna PUA hücumu nəticəsində Rusiyanın silah-sursat anbarı vurulub.
Bu arada Ukraynaya məxsus pilotsuz təyyarələr bazar ertəsi səhər erkən saatlarda Moskvada iki qeyri-yaşayış binasına zərbələr endirib və oradakı müdafiə qüvvələri tərəfindən "zərərsizləşdirilib”.
Alpər
Şərhlər