Dünya 22:42 12.04.2022

Ukraynada Putinin yaxın adamı həbs olundu (FOTO)

Prezident Vladimir Zelenski qadağan olunmuş "Müxalifət Platforması - Həyat uğrunda” partiyasından olan xalq deputatı Viktor Medvedçukun saxlanılması üçün xüsusi əməliyyat keçirildiyini bildirib.

Qaynarinfo xəbər verir ki, bu barədə Ukrayna prezidentinin "Facebook" səhifəsində məlumat paylaşılıb.

Zelenskinin sözlərinə görə, xüsusi əməliyyat Ukrayna gizli xidməti tərəfindən həyata keçirilib.

2021-ci ilin oktyabrında Medvedçuk dövlətə xəyanətdə şübhəli bilinərək ev dustaqlığına mıhkum edilmişdi. O, həmçinin Donbas ərazisinin Ukraynanın nəzarətində olmayan hissəsindən qeyri-qanuni kömür tədarükü ilə məşğul olmaqda ittiham olunur. Bu işdə ölkənin eks-prezidenti Pyotr Poroşenkonun da əli olduğu bildirilir.

Bundan əvvəl Medvedçuk dövlətə xəyanətdə, Krımda milli sərvətləri talamaq cəhdində, Rusiya xüsusi xidmət orqanlarına dövlət sirlərini açıqlamaqda və Ukraynaya qarşı təxribat fəaliyyətində ittiham olunub. Rusiyanın işğalı başlayandan sonra Medvedçuk ev dustaqlığından qaçmış və onun barəsində axtarış elan edilmişdi.
 

 
Aydın
Qaynarinfo