Françesko Manqiakapra adlı bir eskort indiyə qədər onunla cinsi əlaqəda olan 40 homoseksual rahibin adı olan siyahını və onlarla bağlı 1200 səhifəlik sənədlər toplusunu Vatikana göndərib.
Qaynarinfo-nun xarici KİV-ə istinadən məlumatına görə, o, rahiblərin riyakarlığına dözə bilmədiyi üçün bu addımı atdığını bildirib. Neapolun baş rahibi Kardinal Kresenzio Sepe sənədlər toplusunu Vatikana yolladığını açıqlayıb. Sepe siyahıda adı keçən rahiblərin heç birinin şəhər kilsələrində çalışmadığını söyləyib.
"Yanlış hərəkətlərin cəzası olmalıdır və bu tip cəzalar tövbə etməyə kömək edəcək", - deyə o, bildirib.
Eskort isə qeyd edib ki, burada cinayətlərdən deyil, günahlardan bəhs edirik.
Şərhlər