Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun vəzifəsindən çxarılması ilə bağlı deyilənlər həqiqəti əks etdirmir.
Bu sözləri Qaynarinfo-ya rayon icra hakimiyyətindən bəzi media qurumlarında X.İsgəndərovun vəzifəsindən çıxarılması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirərkən bildiriblər.
İcra hakimiyyətindən verilən məlumata görə, icra başçısı hazırda iş başındadır:
"Xaləddin İsgəndərovun vəzifəsindən çıxarılmasından söz belə gedə bilməz. Bu, Prezidentin sərəncamı ilə gerçəkləşir. Hazırda icra başçısı vəzifəsini davam etdirir”.
Qeyd edək ki, bəzi KİV-lərdə Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun vəzifədən çıxarılacağı, artıq X.İsgəndərovun işə çıxmadığı barədə məlumat yayılıb.
Şərhlər