"Xalq Bank” ASC nizamnamə kapitalını cəmi 4 manat artırıb.
Bu barədə İqtisadiyyat.az bankın məlumatlarına istinadən xəbər verir.
Belə ki, bank bu ilin yanvarın 14-nə olan məlumata əsasən, nizamnamə kapitalının 415 596 740 manat olduğunu açıqlayıb. Amma kommersiya qurumlarının bu günə olan dövlət reyestri məlumatlarında isə bankın nizamnamə kapitalının 415 596 744 manat olduğu öz əksini tapıb.
Xatırladaq ki, "Xalq Bank” 2004-cü ildə yaradılıb. Bankın səhmlərinin 50%-i "İdeal Business Co." MMC-yə ("Xalq Sığorta" ASC-nin 50%-lik səhmdarı), 33,85 %-i "Euro Standard" MMC-yə ("Xalq Sığorta" ASC-nin 50%-lik səhmdarı), 16,15%-i isə "Foton” MMC-yə məxsusdur.
Şərhlər