Xəbər lenti

Xarici valyutaya tələb niyə artıb? (ŞƏRH)
Ekonomiks 14:58 06.12.2023

Xarici valyutaya tələb niyə artıb? (ŞƏRH)

"Həmişə ilin sonunda xarici valyutaya olan təlabat artır".

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Əkrəm Həsənov son aylarda xarici valyutaya olan tələbin artmasına aydınlıq gətirərkən deyib. 

Ekspert bunun mövsümi xarakter daşıdığını qeyd edib:



"İlin sonuna yaxın biznesmenlər, sahibkarlar bağladıqları müqavilələr üzrə xarici ölkələrə ödənişlər edirlər. Adətən, müqavilələrdə ilin sonuna yaxın ödənişlərin olması göstərilir. Buna görə də xarici valyutaya tələbat artır".

Əkrəm Həsənov bunun səbəblərindən biri kimi vətəndaşların yeni il bayramını qeyd etmək üçün xarici ölkələrə üz tutmasını göstərib:

"Onların hər birinə xarici valyuta lazım olur".

Qeyd edək ki, valyuta hərraclarında dollara tələbin yenidən artması müşahidə olunub. Son 3 hərracda 241.1 milyon dollar satılıb. Noyabrın 28-də keçirilən hərracda 68.2 milyon dollar tələb yaranmışdısa, ötən ayın son günündə 77.8, dünən isə 95.1 milyon dollarlıq sifariş olub. 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->