Astara Rayon Mərkəzi Xəstəxanasının direktoru Oktay Əmənullayev cərimələnib.
Qaynarinfo xəbər verir ki, direktoru Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maadəsi ilə cərimələyib.
Bu maddə işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsi ilə bağlıdır. Belə başa düşülür ki, Oktay Əmənullayev əmək qanunvericliyini pozub. 192.6-cı maddədə vəzifəli şəxslərin 1500 manatdan 2000 manatadək məbləğdə cərimə edilir.
Oktay Əmənullayev dövlət xidmətinin qərarı ilə razılaşmayaraq məhkəməyə müraciət edib. Onun şikayətinə Astara Rayon Məhkəməsində baxılacaq. Martın 27-nə iş üzrə məhkəmə baxış iclası təyin edilib. İclas hakim İlqar Məmmədovun sədrliyi ilə keçiriləcək.
Oktay Əmənullayev 2020-ci ilin martında Astara Rayon Mərkəzi Xəstəxanasına rəhbərlik edir.
Seyid
Şərhlər