Dünya 23:15 01.05.2022

Xocalı qatilləri İrəvanda toplaşdı, Paşinyana “dəli”, “şeytan” dedilər

Bundan öncə qeyd etdiyimiz kimi, aprelin 17-dən "Mənim namusum var” fraksiyasının lideri Artur Vanetsyan İrəvanın Azadlıq meydanında mərkəzləşməmiş aksiyalar elan edərək, Qarabağın və Ermənistanın gələcəyinin təhlükə altında olması bəhanəsi ilə "Müqavimət” hərəkatı yaradaraq, sonra "Ermənistan” blokunun üzvləri ilə birlikdə Respublikanın müxtəlif yerlərində itaətsizlik aksiyaları elan edib. Son günlər paytaxtda fasiləsiz yürüşlərdən sonra nəhayət bu gün İrəvanda Fransa meydanında mitinq baş tutub.

İlkin monitorinq zamanı mitinqdə böyük izdihamın olduğu görünüb. Ermənistanın müxalif mediasına görə, Fransa Meydanı və ətraf ərazilərdə 12500-ə yaxın insan mitinqdə iştirak edib. Diqqəti cəlb edən məqamlardan biri də aksiyada daha çox gənc nəslin nümayəndələrinin fəallıq etməsidir. Bu aksiyalara qədər İrəvanda keçirilən mitinqlərdə daha çox orta və yaşlı nəslin iştirakçı olduğunun şahidi olurduq.

Bugünkü mitinqdə bir sıra siyasilərin və blok üzvlərinin çıxışlarınn bəzi məqamlarını təqdim edirik.

Ermənistan Parlamenti sədrinin müavini, "Erməni Məhkəməsi” ali orqanının nümayəndəsi İşxan Sağatelyan mitinq iştirakçıları qarşısında çıxış edərək, erməni xalqnın bir nəfərin (baş nazir Nikol Paşinyanı nəzərdə tutur – red.) girovu olduğunu, bundan sonra səhvlərini düzəltmək, xalqın yanında olmaq üçün son tarixi şansının olduğunu, əks halda çox gec olacağını bildirib. Daha sonra Sağatelyan polisə müraciət edərək onları qanun çərçivəsində hərəkət etməyə, "o dəlinin” (N.Paşinyanın) göstərişlərinə və qanunsuz qərarlarına əməl etməməyə çağırış edib. O, mübarizələrini dinc yolla, amma qətiyyətli olacağını, sona qədər gedəcəklərini bildirib. Sağatelyana görə, ölkədə bir nömrəli təhlükənin hökumət binasında oturduğunu, Nikol və onun əhatəsindəki dəstənin himayəsi ilə təxribatçı, silahlı qrupların, şeytanların olduğunu bildirib.

İ.Sağatelyan bundan sonra Fransa Meydanının xalqın olduğunu, onların orda qalacaqlarını və sabah itaətsizlik aksiyalarına başlayacaqlarını açıqlayıb.

Mitinqdə iştirak etmək üçün Abarandan İrəvana yürüş qrupunun rəhbəri, "Hayastan” fraksiyasının üzvü Artur Xaçatryan Fransa Meydanında keçirilən ümumxalq mitinqində onlarla kilometr yol gəldiklərini, yüzlərlə soydaşlarıyla söhbət etdiklərini, onların mesajını Nikola çatdırıb: "Nikol, sən artıq xalqın hörmətini, xalqın etibarını itirmisən”. 

Fransa meydanında keçirilən mitinqdə iştirak edən digər yürüş qrupunun rəhbəri, deputat Anna Qriqoryan yürüşə 30 nəfər ideyadaşıyla birlikdə Tiqranaşendən başladıqlarını və sonda onlara 3000-dən çox adamın qoşulduğunu bildirərək, onların birliyinin dağılmayacaqlarını deyib.

A.Qriqoryan müxtəlif siyasi baxışlara malik insanları "Qarabağın heç vaxt Azərbaycanın bir hissəsi olmayacağı” ideyası ətrafında birləşdiyini, Ermənistanın hər santimetrinin müqəddəs torpaq olduğunu və heç vaxt "düşmənə” təslim olmayacağını bildirib.

İcevandan başlayan yürüş qrupunun rəhbəri, "Hayastan” fraksiyasının lideri Aspram Krpeyan isə aprelin 25-də İcevandan "Əbədi Ermənistan” üçün yürüşə başladıqlarını, 175 km-dən çox yol qət etdiklərini, bu gün burada, paytaxt İrəvanda olduqlarını deyib.

A.Krepyan vətənlərinin üç rayonundan keçərək, İrəvana çatmağın onun üçün şərəfli olduğunu bildirərək, onların türklərə, azərbaycanlılara və faktiki erməni hakimiyyətlərinə yox, "əbədi Ermənistana” hə dediklərini, ölümə məhkum və ləyaqətsiz hakimiyyətə, məğlubiyyət simvolu olan işbirlikçilərə yox dediklərini, "Qarabağsız Ermənistanın, Ermənistansız Qarabağın olmadığını və "əbədi Ermənistan olacağını”, hakimiyyətinsə sonuna sayılı günlərin qaldığını bildirib. 
Qeyd edək ki, mitinqdə Ermənistanın keçmiş Prezidenti Serj Sarkisyan və keçmiş müdafiə naziri Seyran Ohanyan da iştirak ediblər.

Telman