Siyasət 14:04 28.03.2023

Xüsusi nümayəndə təyin edilən Məsim Məmmədov kimdir? - Xocalı görüşündə iştirak edib

Laçın rayonuna prezidentin xüsusi nümayəndəsi təyin edilən Məsim Məmmədov bundan əvvəl İqtisadiyyat Nazirliyində yüksək post tutub. 

Qaynarinfo xəbər verir ki, o, iqtisadiyyat nazirinin müşaviri vəzifəsini daşıyıb. 

Məsim Məmmədov həmçinin Əmlak Məsələləri Dövlət Xidmətinin və "AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət, təbii sərvətlərin qanunsuz istismarını araşdıran monitorinq qrupunun rəhbəri kimi fəaliyyət göstərib.

O, martın 1-də Xocalı şəhərində Rusiya sülhməramlı kontingentinin qərargahında Qarabağ ermənilərinin təmsilçiləri ilə görüşüşdə də iştirak edib.

Seyid