Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraitinin iyulun 3-ü gündüz saatlarınadək davam edəcəyi, 4-dən mülayim cənub küləyi əsəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, fasilələrlə yağıntılı hava şəraiti isə 5-dək əsasən şimal və qərb rayonlarında davam edəcək.
Birinci ongünlüyün son günlərində temperatur rejiminin tədricən yüksələrək Bakıda və Abşeron yarımadasında 35-37°, Mərkəzi Aran və Naxçıvan MR-da 35-38°, bəzi yerlərdə 40°, dağlarda 22-27° isti olacaq.
Şərhlər