Yaponiyanın Aerokosmik Kəşfiyyat Agentliyi 2035-ci ilədək Ayda hidrogen yanacaq zavodu tikməyə hazır olduğunu açıqlayıb.
Qaynarinfo xəbər verir ki, bu haqda "Kyodo” agentliyi məlumat yayıb.
Plana uyğun olaraq, müəssisə peykin cənub qütbündə yerləşəcək. Mütəxəssislərin fikrincə, orada nəhəng buz yataqları var. Bu qaynaqdan içməli su, oksigen və hidrogen istehsalı üçün istifadə edilə bilər. Sonuncu qazın Ayın özündə səyahət etmək və kosmik uçuşlar üçün yanacaq kimi istifadə edilməsi planlaşdırılır.
Materialda qeyd olunur ki, Ayda tikiləcək zavod Yerdən yanacaq daşınması xərclərini əhəmiyyətli dərəcədə azaladacaq ki, bu da Ayın və kosmosun araşdırılması işini sürətləndirəcək.
Alpər
Şərhlər